Taekvondo millimiz İranda iki beynəlxalq yarışda iştirak edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan taekvondo millisi İranda iki beynəlxalq yarışda iştirak edəcək.

Xeber-ps.com xəbər verir ki, yığma fevralın 12-15-i aralığında paytaxt Tehranda G1 kateqoriyalı “Fəcr Open”, ayın 16-19-da isə G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kubokunda mübarizə aparacaq.

Beynəlxalq turnirlərdə kişilərdən ibarət millinin böyük məşqçi Elnur Amanov, qadınlardan ibarət yığmanın böyük məşqçi Seulbi Li və məşqçi Zahid Məmmədovun rəhbərliyi altında Səyyad Dadaşov (58 kiloqram), Rahid Vəliyev, Xıdır Məmmədov (hər ikisi 54 kiloqram), Ruslan Seyidov, Malik Abbasov, Yusif Qurbanov, Adil Eyvazov (hamısı 58 kiloqram), Riyad Şirəliyev, Pərviz İskəndərov (hər ikisi 63 kiloqram), Yaşar Məmmədli, Vaqif Hacıyev, Xanlar Xanəhmədov, Vüqar Bağırov (hamısı 68 kiloqram), Ələskər Əliyev, Nicat İsmayılzadə (hər ikisi 74 kiloqram), Eltac Qafarov (80 kiloqram), Taleh Süleymanov (87 kiloqram), Səlimə Quliyeva (46 kiloqram), Aylin Eynullayeva (49 kiloqram), Nigar Abdullayeva (53 kiloqram), Leyla Bəşirova, Nərgiz Kazımova (hər ikisi 57 kiloqram), Meylin Məmmədzadə (62 kiloqram) və Nərmin Ənsəri (67 kiloqram) mükafatlar uğrunda yarışacaqlar.

Qeyd edək ki, Tehrana fevralın 10-da yollanan komanda ayın 20-də Bakıya qayıdacaq.

0.1189911365509