Futbol üzrə Asiya Kubokunun qalibi müəyyənləşib.
Final matçında İordaniya və Qətər yığmaları qarşılaşıblar. Oyun Qətər millisinin 3:1 hesablı qələbəsilə başa çatıb.
Matçda hesabı 22-ci dəqiqədə Qətərin heyətində penaltidən Əkrəm Afif açıb. İordaniya seşməsi 67-ci dəqiqədə Yazan Əl-Naimat ilə hesaba tarazlıq gətirib.
Lakin 73-cü və 90+5-ci dəqiqələrdə Ə.Afif növbəti penaltiləri dəqiq yerinə yetirərək komandasına kuboku qazandırıb.