Mahir Emreli: “Qrupdakı rəqiblərlə matçlarda yaxşı oyun sərgiləyə bildiyimizi artıq göstərmişik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İsveç, Slovakiya və Estoniya ilə əvvəlki matçlarda yaxşı oyun nümayiş etdirə biləcəyimizi artıq göstərmişik. Bunu davam etdirməyə çalışmalıyıq”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasının püşkatması barədə danışarkən deyib.

26 yaşlı hücumçu C Liqasının 1-ci qrupunda ciddi rəqiblərlə üz-üzə gələcəklərini söyləyib: “Yaxşı nəticələr qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Nəticələrlə xalqımızın üzünü güldürə, onları sevindirə bilərik. Məncə, insanlar da artıq futbola real yanaşmağa başlayıblar və rəqiblərin nə dərəcədə ciddi olduğunu bilirlər”.

Emreli qarşılaşmalarda komandanın hazırlığının, məşqçilərin verdiyi qərarın da önəmli olduğunu diqqətə çatdırıb. O, qrupdakı bütün matçlarda əllərindən gələnin ən yaxşısını etməyə çalışacaqlarını vurğulayıb.

0.12206387519836