“Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin vəziyyəti normallaşıb”.
Bu barədə Xeber-ps.com-a onun yaxın dostu məlumat verib.
O, bəstəkarın vəziyyətinin əvvəlki günlərə nisbətən daha yaxşı olduğunu bildirib.
Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib. İstanbulda dərhal xəstəxanaya yerləşdirilib. Beyninə qan sızdığı deyilib. Bəstəkarın ilk günlərdə vəziyyəti ağır olub.
Bəstəkar Cavanşir Quliyevin müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək verilir.
Nəzrin Vahid