Çeferin UEFA rəhbəri postuna namizədliyi ilə bağlı açıqlama verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aleksandar Çeferin 2027-ci ildə daha bir müddətə UEFA prezidentliyinə namizədliyini verməyəcək.

Bu barədə o, UEFA Konqresindən sonra keçirilən mətbuat konfransında rəsmi açıqlama ilə çıxışında bəyan edib:

“Qərar verdim. Artıq 2027-ci ildə namizəd olmağı planlaşdırmıram. Səbəblərdən biri “təzə” qana ehtiyac, digəri isə ailəmlə çox vaxt keçirə bilməməyimdir, bu uzun müddət belə davam edə bilməz”.

Qeyd edək ki, Çeferin 2016-cı ildə UEFA-nın yeddinci prezidenti seçilib. O, avtomatik olaraq Beynəlxalq Futbol Federasiyasının (FİFA) vitse-prezidenti olub. 2019-cu ildə Çeferin yeni müddətə seçilib. Onun namizədliyi 55 mümkün səsdən 55-ni qazanıb. 2023-cü il aprelin beşində UEFA-nın növbəti konqresində Çeferin mübahisəsiz olaraq üçüncü müddətə yenidən təşkilatın rəhbəri seçilib.

Mənbə: championat.com

0.093003034591675