Türkiyə Kubokunda oynanılan şərhi zamanı “A Spor”un müxbiri Onur Yıldız canlı yayımda olduğuna əhəmiyyət vermədən siqaret çəkib.
Xeber-ps.com-ın verdiyi məlumata görə, qalmaqallı vəziyyətin efirə getməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və istifadəçilər tərəfindən çoxsaylı müzakirələrə səbəb olub.
Qalmaqal o qədər böyüyüb ki, oyundan sonra Onur Yıldız açıqlama vermək məcburiyyətində qalıb. O, görüntülərin kanaldakı canlı yayımdan olmadığını vurğulayıb.
“Beynəlxalq yayım üçün verilən peyk tezliyində qeyri-qanuni olaraq qeydə alınıb və efirdən kənar görüntüdür. “A Spor” izləyənlər heç vaxt yayımda belə görüntünün şahidi olmayıblar”, - deyə diktor vurğulayıb.