Paytaxtın müxtəlif küçələrində ictimai nəqliyyat vasitələrinin rahat şəkildə hərəkət etməsi üçün xüsusi zolaqlar təşkil olunub. Lakin bu zolaqlar bəzən avtomobillər tərəfindən zəbt olunur. Xüsusilə tıxac zamanı bu görüntünün şahidi ola bilərik.
Nəsimi rayonu Rəşid Behbudov küçəsində qeyd etdiyimiz qaydanı pozan sürücü kameraya düşüb.
“Avtosfer”in məlumatına görə, hadisə fevralın 5-də günorta saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 20-EL-615 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü avtobuslar üçün nəzərdə tutulmuş zolaqla hərəkət edib. Belə ki, o, yolda yaranmış sıxlığa düşməmək üçün qayda pozmaqdan çəkinməyib.
Qeyd edək ki, avtobus zolağına daxil olan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq, 40 manat cərimə olunurlar.