Minifutbol üzrə Azərbacan çempionatı: “Zirə” son çempionu məğlub edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Minifutbol üzrə Azərbaycan çempionatında IX tura start verilib.

“Report”un məlumatına görə, ilk gündə 4 oyun keçirilib.

Turun mərkəzi matçında “Zirə” ilə “Birbaşa Bakı” üz-üzə gəliblər. İtkisiz irəliləyən “Zirə”ni son çempion da büdrədə bilməyib. Rəqibini 4:1 hesabı ilə məğlub edən “Zirə” xallarının sayını 27-yə yüksəldərək, liderliyini bir qədər də möhkəmlədib.

“Real Bakı” üzərində qələbə qazanan “Odlar Yurdu” 21 xalla “Birbaşa Bakı” ilə 2-3-cü yerləri bölüşdürür.

Azərbaycan çempionatı

IX tur

“Veteran” - “Aznur” 4:8

“Real Bakı” - “Odlar Yurdu” 3:6

“Zirə” - “Birbaşa Bakı” 4:1

“Siyəzən” - “Turan” 2:3

Qeyd edək ki, turun digər görüşləri bu gün keçiriləcək.

0.061339139938354