Dortmund “Borussiya”sının müdafiəçisi Tomas Mönye Almaniya klubu ilə müqaviləsini ləğv edib və Türkiyənin “Trabzonspor” klubuna keçəcək.
Bu barədə jurnalist Saşa Tavolyeri “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb.
Məlumata görə, belçikalı Türkiyə klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayacaq. Bundan əlavə, “Borussiya” mövsümün sonuna qədər Mönyenin maaşını ödəməyə davam edəcək.
Xatırladaq ki, 32 yaşlı Mönyenin Dortmund “Borussiya”sı ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Bu mövsüm belçikalı almanların heyətində bütün turnirlərdə cəmi 9 matçda meydana çıxıb və 648 dəqiqə meydanda olub.