Almaniya Kuboku: “Bayer” son dəqiqə qolu ilə yarımfinalına yüksəldi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində “Bayer Leverkuzen” və “Ştutqart” qarşılaşıb.

Qarşılıqlı qollarla yadda qalan matç “Bayer”in qələbəsi ilə yekunlaşıb - 3:2.

Qarşılaşmada hesabı 11-ci dəqiqədə qonaqların müdafiəçisi Valdemar Anton açıb (0:1). Meydan sahibləri yalnız 50-ci dəqiqədə qol vura biliblər. Yarımmüdafiəçi Robert Andriç fərqlənib (1:1). 58-ci dəqiqədə Kris Furiç yenidən “Ştutqart”ı hesabda irəli çıxarıb (1:2).

67-ci dəqiqədə fransalı hücumçu Amine Adli “Bayer”in ikinci qolunu vurub (2:2). Xabi Alonsonun komandasına qələbəni isə müdafiəçi Conatan Tanın 90-cı dəqiqədə vurduğu qol gətirib (3:2).

Bu nəticə Leverkuzen klubuna yarımfinalı təmin edib.

 

0.087039232254028