Heyvan otararkən minaya düşən Həsənəli barədə maraqlı fakt üzə çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 4-də Tərtər rayonunun Qızıloba kəndində heyvan otararkən minaya düşən 23 yaşlı Həsənəli Əliyev Bakı Dövlət Universitetinin politologiya ixtisasını fərqlənmə diplomu ilə bitirib.  

Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.

Bildirilib ki, o, Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul olsa da, təhsilini yarımçıq qoyub. Ağır xəsarət alan Həsənəli Əliyevin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.

0.23668003082275