Övladlarımızı cəmiyyətə dəyərli insan kimi təqdim edək!

Suraxanı rayonunda Autizmlə Mübarizə İB-nin nəzdində "Əlillik əngəl deyil" Yaradıcılıq Mərkəzinin təqdimetmə açılış mərasimi keçirildi.Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyətinin nümayəndəsi,Qaraçuxur Bələdiyyəsinin nümayəndəsi ,əlilliyi olan uşaqlar, valideynlər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər və digər qonaqlar iştirak etdi.

Açılış nitqi ilə Autizmlə Mübarizə İB-nin Sədri Çiçək Məmmədli çıxış etdi. O fəaliyyət göstərdiyi müddət ərzində Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını bildirdi.

Suraxanı rayonu İcra Hakimiyyətinin Başçısı Əziz Əzizovun əlilliyi olan insanlara çox böyük diqqət və qayğısının olduğunu dedi.Məhz bu günkü Yaradıcılıq Mərkəzinin yaradılmasının məhz onun təşəbbüsü olduğunu qeyd etdi.O çıxış edərək əlilliyin istedadın üzə çıxarılmasında heç də əngəl olmadığını vurğuladı.QHT sədri çağırış edərək gəlin övladlarımızı daun sindromlu, autizm sindromlu, yaxud serebral iflic əqli gerilik kimi təqdim etməyək. Deyək ki, bu məşhur rəssamdır,görkəmli musiqişünasdır,yaradıcı insandır və s.Övladlarımızı cəmiyyətə dəyərli insan kimi təqdim edək!.

Təqdimetmədən sonra qonaqlar Mərkəzdə əlilliyi olan uşaqların təlimlərini nəzərdən keçirdi və Mərkəzin şəraiti ilə tanış oldular.Uşaqların əl işlərinə çox maraqla diqqət etdilər.Sonra valideynlərin çıxışları oldu.Valideynlər çıxış edərək Suraxanı rayonunun İcra Hakimiyyətinin Başçısına öz təşəkkürlərini bildirdilər.Uşaqların əl işləri nümayiş edildi.Daun sindromlu Pərvanə çəkdiyi Xarıbülbül rəsmini İcra Hakimiyyətinin nümayəndəsinə hədiyyə etdi.

0.10220193862915