“Böyük Dəbilqə”: Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazanıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə”də gümüş medal qazanıb.

Xeber-ps.com-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Türkiyə təmsilçisi Mixael Zqanka uduzub.

Sonuncu yarış günündə mübarizəyə qoşulmuş Vüqar Talıbov (90 kq) və Uşangi Komauri (+100 kq) mükafat əldə edə bilməyib.

Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) gümüş medala sahib çıxıb.

09:48

Bu gün Azərbaycanın daha üç cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə”də mübarizəyə başlayacaq.

Xeber-ps.com xəbər verir ki, sonuncu yarış günündə Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.

90 kq.
Vüqar Talıbov - Mariano Koto Bersyer (Argentina)
Elcan Hacıyev - Sanşiro Murao (Yaponiya)

+100 kq.
Uşangi Kokauri - Bubakar Mane (Qvineya-Bisau) / Klement Musumadi (Konqo Demokratik Respublikası) görüşünün qalibi ilə

Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) gümüş medal əldə edib.

0.11567711830139