İtaliya A Seriyasının 5-ci turu çərçivəsində “Yuventus” öz meydanında “Verona” ilə qarşılaşıb.
Gərgin keçən qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqləniblər: 1-1.
Qarşılaşmanın 63-cü dəqiqəsində Favilli qonaqları hesabda önə çıxarıb. Oyunun 78-ci dəqiqəsində Kulusevski bərabərlik topunu vurub.
Qeyd edək ki, “Yuventus”un ulduz futbolçusu Kriştianu Ronaldu bu qarşılaşmada iştirak etməyib.