Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində görülən işlər plana uyğun davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq və mədəni asudə vaxtını səmərəli təşkil etmək məqsədilə müxtəlif tədbirlər keçirilir.

Asudə vaxtlarda hərbi qulluqçular mütaliə edir, bədii kitablar, qəzet və jurnallar oxuyurlar.

Həmçinin hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilir, şəxsi heyətlə stolüstü və digər oyunlar üzrə yarışlar keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən hərbi qulluqçularla maarifləndirici söhbətlər aparılıb, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Keçirilən görüşlər zamanı, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl olunması, fərdi tərbiyə və hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun qurulması istiqamətində səylərin daha da artırılmasının vacibliyi qeyd edilib.

Ümumilikdə hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib.

0.095795154571533