“Məncə, rəqib layiqli qələbə qazandı”.
“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç “Sumqayıt”a səfərdə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXI tur sonra mətbuat konfransında deyib.
Mütəxəssis “gənclik şəhəri” təmsilçisini qələbə və Mehdi Hüseynzadə adına stadionun açılışı münasibəti ilə təbrik edib: “Matça çox pis başladıq. Bunun səbəbi əvvəlki kubok görüşü ilə bağlı ola bilər. Birinci hissədə onlar daha yaxşı oynadılar və səhvlərimizdən istifadə edərək iki top vurdular. İkinci yarıda oyunu dəyişməyə nail oldu”.
Monteneqrodan olan baş məşqçi komandasında rəqabətin olduğunu vurğulayıb: “Biz daim əsas “11-liy”in axtarışındayıq. Ciddi bir şey olmasa, dəyişikliyin tərafdarı deyiləm”.