Böyük Britaniyanın dünyaca məşhur “The Beatles” rok qrupunun üzvlərinin çəkdikləri tablo hərracda 1,74 milyon dollara (2,9 milyon AZN) satılıb.
Bildirilir ki, tablo qrupun 1966-cı ildə Yaponiyada konsert turu zamanı çəkilib. Rəsm abstraksionizm üslubunda işlənib. Əsər ənənəvi yapon kağızı “vaşi”də həkk olunub.
Mənbənin sözlərinə görə, həmin günlərdə rok qrupunun üzvləri təhlükəsizlik səbəbi ilə konsertlərdən asudə vaxtlarında daim hoteldə qalmağa məcbur olublar. Bu onları qrupun bütün üzvlərinin avtoqrafının yer aldığı birgə şəkil çəkməyə vadar edib. Sonralar rəsm “Qadın obrazları” adlandırılıb.
Mənbə: Yomiuri