Bu gün İngiltərə Premyer Liqasının 6-cı turunun üç oyunu keçirilib.
Günün ilk qarşılaşmasında “Sauthempton” öz meydanında “Everton”u qəbul edib. Matç meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Bununla “Everton” Premyer Liqanın bu mövsümündə ilk məğlubiyyətini alıb.
İkinci oyunda isə “Vulverhempton” və “Nyukasl” kollektivləri üz-üzə gəlib. Qarşılaşma qollu heç-heçə ilə yekunlaşıb: 1-1.
Günün son matçında isə “Lester” klubu “Arsenal” üzərində 1-0 hesablı qələbə qazanıb.