“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu gümüş medal qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

“Report”un məlumatına görə, 24 yaşlı idmançı yarışda ikinci yeri tutub.

Mübarizəyə 1/32 finaldan başlayan Tçkayev bütün rəqiblərini məğlub edərək finala qədər irəliləməyi bacarıb. Lakin o, həlledici görüşdə belçikalı Mattias Kasseyə uduzub.

Azərbaycan millisinin digər cüdoçuları Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq) və Səid Mollayi (81 kq) mükafatçılar sırasına düşə bilməyiblər.

Qeyd edək ki, ötən gün Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) uğursuz nəticə göstəriblər. Yarışa fevralın 4-də yekun vurulacaq. Həmin gün Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.

0.083943128585815