Almaniya Bundesliqasında 20-ci turun oyunları keçirilir.
“Bavariya” Münhenqladbax “Borussiya”sını qəbul edib. Hesabı qonaqlar açsalar da, münhenlilər üç qol vuraraq cavab veriblər. Pavloviç (45), Keyn (70) və de Liqt (86) fərqləniblər - 3:1.
Çempionatın lideri olan Leverkuzen “Bayer”i isə “Darmştadt”ın qonağı olub. Alonsonun yetirmələri Tellanın dublu (33, 52) sayəsində qalib gəliblər - 0:2.
Beləliklə, “Bayer” 20 matçda 52 xal toplayaraq Bundesliqadakı liderliyini davam etdirir. “Bavariya” isə 50 xalla ikincidir.