“Azərbaycanda futbol oynamaqdan zövq alıram”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Paçu Azərbaycandakı karyerası ilə bağlı danışarkən deyib.
Braziliyalı hücumçu Azərbaycanın yaşamaq üçün mükəmməl ölkə olduğunu bildirib: “Burada olduğuma görə çox xoşbəxtəm. Azərbaycan çox gözəl ölkədir. Məşq və oyunlardan sonra ailəmlə görməli yerlərdə vaxt keçirməyi sevirəm”.
Onun sözlərinə görə, Premyer Liqanın səviyyəsi də kifayət qədər yüksəkdir: “Doğma meydanda keçirdiyimiz oyunlar komandaya əlavə stimul verir. Çünki Tovuz azarkeşləri bizim üçün vacibdir”.
27 yaşlı forvard komandasının oyundan-oyuna inkişaf etdiyini söyləyib: “Məqsəd “Turan Tovuz”u yaxşı yerlərə qaldırmaqdır. Öz üzərimizdə çox çalışırıq”.
Qeyd edək ki, Paçu bu mövsüm “Turan Tovuz”un heyətində 15 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.