İngiltərə Premyer Liqasının 23-cü turunda “Everton” doğma meydanda “Tottenhem”lə üz-üzə gəlib.
Liverpuldakı Qudison Park arenasında baş tutan qarşılaşmada qalib müəyyən olunmayıb - 2:2.
Londonlulardan Rişarlison dublla yadda qalıb (4, 41). “Everton”dan isə Harrison (30) və Brentueyt (90+5) fərqləniblər.
Hazırda İngiltərə Premyer Liqasında keçirilən 23 matçdan sonra “Tottenhem” 44 xalla dördüncü yerdədir. “Everton”sa eyni sayda oyundan sonra 19 xalla 17-ci yerdə qərarlaşıb.