Sabiq deputatın qardaşının şirkəti məhkəməyə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabiq deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımova məxsus “Vialon” MMC tikinti şirkəti məhkəməyə verilib. 

“Qaynarinfo”nun məlumatına görə, İbrahim İslam oğlu Həsənov, İslam İdris oğlu Həsənov və Bəsti İslam qızı Hüseynova MMC barəsində iddia qaldırıblar.

Onlar “Vialon” MMC rəhbərindən maddi ziyanın ödənilməsini tələb ediblər. İş Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatındadır. 

Qeyd edək ki, şirkət ən çox Nəsimi rayonunda hündürmərtəbəli binaların tikintisini həyata keçirirdi. İllərdir ki, şirkət barəsində sözügedən rayonda evləri sökülən sakinlər tərəfindən narazılıqlar dilə gətirilir.

0.092101097106934