Azərbaycan Basketbol Liqasında XIII turun daha bir oyunu baş tutub.
Xeber-ps.com xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən günün ikinci matçında yeni transferləri ilə güclənmiş “Neftçi” aşağı pillələrdə qərarlaşan “Sumqayıt” klubu ilə qarşılaşıb .
Görüş paytaxt təmsilçisinin 113:96 hesablı qələbəsi ilə bitib.
Ən məhsuldar basketbolçular “Neftçi”dən DiAncelo Stüart (24 xal, dörd asist), “Sumqayıt”dan Lenard Dikson (29 xal, altı ribaund) olublar.