Xaçmazda zəncirvari qəza olub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Xeber-ps.com xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Hadisə zamanı “Mercedes”, “Chevrolet Cruze” və “Hyundai Tucson” markalı avtomobillər toqquşublar. 

Məsələ ilə bağlı Xeber-ps.com-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə bu gün səhər saatlarında Xaçmaz rayonu Bakı prospektində qeydə alınıb:

“Belə ki, 99-CB-596 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil qarşıda hərəkətdə olan 77-KV-497 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı maşına çırpılıb. Qəza nəticəsində “Chevrolet Cruze” markalı avtomobil zərbənin təsirindən 99-KE-771 dövlət nömrə nişanlı “Hyundai Tucson” markalı maşına çırpılıb. Ölən və xəsarət alan yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır”.

Həmin görüntüləri təqdim edirik:

 

0.092509031295776