Sumqayıtda yanğın baş verib.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə “Əşya bazarı” adlanan ərazidə qeydə alınıb.
Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü Mübariz Sedulla oğlu Hacıyevə məxsus ümumi sahəsi 300 kvadratmetr olan meyvə-tərəvəz mağazasının 250 kvadratmetr hissəsi yanıb. Daha sonra yanğın mağazanın yanında dayanmış vəziyyətdə olan 1978-ci il təvəllüddlü Elşən Şamil oğlu Hüseynova məxsus “Mercedes” markalı yük avtomobilinə keçib.
Əraziyə dərhal FHN-in DYMX-nin əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Yanğının səbəbi araşdırılır.