Rusiyalı teleaparıcı və müğənni Olqa Buzovaya gizli pərəstişkarı qiyməti 40 milyon rubla (752 min manatdan çox) çatan “Mercedes-Benz V-Class XL 300” avtomobili hədiyyə edib.
“Maşını Buzovaya 36 yaşlı milyonçu hədiyyə verib. Onlar beş il əvvəl restoranda tanış olublar. Bu yaxınlarda kriptovalyutada milyon dollarlıq sərvət toplayan bu adam bir neçə ay əvvəl yenidən Olqa ilə münasibət qurmağa can atıb”, - deyə ifaçının tanışı bildirib.
Müğənninin dostu əlavə edib ki, kişi hər səhər Buzovaya 100 min rublluq (1900 manata yaxın) gül dəstələri göndərir, hava limanlarında VIP salonlar alır və hətta müğənninin atasının ad gününün xərclərini də qarşılayıb.
Bundan əlavə, bütün tanışlıqları zamanı pərəstişkarı ifaçıya bahalı hədiyyələr - sırğalar, “Jimmy Choo” ayaqqabıları, eksklüziv “Hermes” çantası, “Van Cleef” qolbağı və “Graff” sırğaları hədiyyə edib.
Bununla belə, Olqa Buzova hədiyyələrə baxmayaraq, kişinin hisslərinə qarşılıq verməyib.
Mənbə: KP.ru