“Sabah”ı Premyer Liqanın növbəti matçına çıxaracaq mütəxəssis müəyyənləşib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah” komandasını Azərbaycan Premyer Liqasının XXI turunda “Turun Tovuz”la matça çıxaracaq mütəxəssisin adına aydınlıq gəlib.

Bu barədə paytaxt təmsilçisinin Mətbuat Xidmətindən məlumat verilib.

Komanda növbəti oyuna klubun idman direktoru İqor Ponomaryovun rəhbərliyi altında çıxacaq.

Fevralın 3-də gerçəkləşəcək “Sabah” - “Turan Tovuz” görüşü saat 17:30-da başlayacaq.

Qeyd edək ki, “Sabah” bu gün rusiyalı baş məşqçi Murad Musayevlə yollarını ayırıb.

0.085494995117188