Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmət İdarəsinə yeni rəis təyin olunub.
Xeber-ps.com xəbər verir ki, bu vəzifəyə Surxay Məmmədov təyinat alıb.
Komitənin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım Surxay Məmmədovu kollektivə təqdim edib.
Qeyd edək ki, S.Məmmədov 1995-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsində təhsil alıb. 2001-2005-ci illərdə Müdafiə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət Mərkəzində həkim mütəxəssis kimi, həmin mərkəzdə 2005-2012-ci illərdə xüsusi təhlükəli bakterial infeksiyalar bölməsinin rəisi kimi, 2012-2013-cü illərdə Tibbi Profilaktika şöbəsinin zabiti kimi, 2013-2016-cı illərdə baş zabit kimi, 2016-cı ildə isə rəis müavini kimi fəaliyyət göstərib. 2015-ci ildə tibb üzrə fəlsəfə doktoru adını qazanıb.
Surxay Məmmədov 2016-2019-cu illərdə Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin Tibbi Profilaktika kafedrasının baş müəllimi kimi, 2019-2021-ci illərdə Azərbaycan Ordusunun baş sanitar həkimi, 2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müharibə iştirakçıları ilə koordinasiya departamentinin Qərb bölgəsi ilə iş şöbəsinin müdiri, 2022-2023-cü illərdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini vəzifəsində çalışıb.