Milli.Az 14 yaşında!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Milli.Az-ın 14 yaşı tamam olur. Tam 14 il əvvəl yaranmış sayt o dönəmdəki informasiya məkanında onlayn informasiya vasitələrindən biri olub.

Medianın təməl prinsiplərinə daim əməl edən Milli.Az saytı 2009-cu ilin 1 fevralında fəaliyyətə başlayıb. Azərbaycanın xəbər məkanında özünəməxsus yer tutan saytda ölkəmizin ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər sahələrdən olan xəbərlər də oxuculara çatdırılır.

Vaxt keçdikcə Milli.Az böyüyüb, genişlənib, funksionallığını, operativliyi, əhatə dairəsini və ən başlıcası, oxucu auditoriyasını artırıb.

Sayt obyektivlik, tərəfsizlik və dəqiqlik prinsiplərindən çıxış etdiyinə görə sabit oxucu kütləsinə sahibdir. Ciddi veb-resurs üçün qısa zaman sayıla biləcək 14 il ərzində Milli.Az bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib. Saytın fəaliyyəti baş verən hadisələrlə bağlı oxucularımızı obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, Azərbaycanın informasiya məkanı ilə yanaşı, ümumi inkişafına xidmətdir.

Bu gün Milli.az internet portalı Azərbaycanda ən çox oxunan, sayılan və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir.

Xeber-ps.com olaraq biz də həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğur arzulayırıq.

0.094808101654053