Sərt əzələ sindromundan əziyyət çəkən müğənni Selin Dion bu xəstəlik haqqında sənədli film çəkmək qərarına gəlib.
Bu barədə sənətçi şəxsi “Instagram” hesabında yazıb.
O, son bir neçə ilin onun üçün bir sınaq olduğunu etiraf edib. İfaçı vəziyyətindən xəbərdar olduğunu və bununla yaşamağı, bu xəstəliyə nəzarət etməyi öyrəndiyini bildirib.
“İfaçılıq karyeramı davam etdirməyə gedən yol uzandıqca, pərəstişkarlarımı görmək üçün nə qədər darıxdığımı başa düşdüm. Səhnədən uzaqlaşdığım zaman qərara gəldim ki, həyatımın bu hissəsini sənədləşdirmək, bu az tanınan xəstəlik haqqında məlumatlılığı artırmaq, eyni diaqnoz qoyulan başqa insanlara kömək etmək istəyirəm”, - deyə 55 yaşlı sənətçi yazıb.
Qeyd olunur ki, film “Mən varam: Selin Dion” adlanacaq və “Amazon Prime Video” striminq xidmətində yayımlanacaq. Premyeranın tarixi hələ açıqlanmayıb.
Mənbə: variety.com