Göyçayda ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunun, Məlikkənd kəndində ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın zamanı kənd sakini Şamil Paşa oğlu Abdullayevə məxsus ikimərtəbəli, ümumi sahəsi 200 kvadratmetr olan evin 140 kvadratmetr hissəsi əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və 19 nəfər şəxsi heyəti cəlb olunub.

Yanğın söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisə zamanı ev yiyəsinə külli miqdarda maddi ziyan dəyib.

Ev sahibinin sözlərinə görə, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

0.090636014938354