"Distant təhsil: Mahiyyəti və əhəmiyyəti” - QHT layihəyə start verib

“Vətəndaş Hüquqularının Müdafiəsinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Distant təhsil: Mahiyyəti və əhəmiyyəti” layihəsinə start verib.

İctimai Birliyin mətbuat xidmətindən verilən məlumata görə, layihənin əsas məqsədi distant təhsil sistemi, proqramının əhəmiyyətini, mahiyyətini, üstün cəhətlərini və “Təhsil haqqında” qanunda bununla bağlı təsbit olunan müddəları ictimailəşdirmək və təbliğ etmək, dünyanın bir sıra qabaqcıl universitetlərində bu sistemin tətbiqinin müsbət tərəflərindən bəhs etməkdir.

Məlumatda qeyd olunub ki, informasiya əsrindəyik, hər birimizin internetə çıxışımız var, indi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır. Ona görə də QHT fəayyətini informasiya əsrinin tələblərinə uyğun qurmağı daha məqsədəuyğun hesab edib. QHT bu formada ideoloji maarifləndirmə işinin daha geniş auditoriyanı əhatə edəcəyi və effekt verəcəyinə, eyni zamanda digər sosial şəbəkələrdə də ictimailəşdirməklə daha müsbət nəticələr əldə edəcəyinə inanır.

Layihə çərçivəsində mövzu ilə bağlı 5 maarifləndirici, təbliğedici yazının hazırlanması və hər birini 10 yerli internet resursunda ictimailəşdirilməsi, iki sosial çarxın hazırlanması və 1000 bukilet hazırlanıb ictimaiyyət, ali təhsil müəssisələrində paylanılması fəaliyyət planına daxil edilib.

Layihə 5 aylıq (01.01.2024-01.06.2024) nəzərdə tutulub.

0.18506598472595