“TikTok”un Azərbaycan seqmentində yeni trend: Hədiyyə qarşılığında fala baxırlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Falçılar, baxıcılıq edən şəxslər artıq fəaliyyətlərini sosial şəbəkələrə daşıyıblar. Əvvəl üzlərini gizlədirdilərsə, “xidmətlər”inin qurbanları artdığından kələkbazlar indi açıq formada bu işi davam etdirirlər.

Xeber-ps.com xəbər verir ki, heç çəkinmədən “TikTok” platformasında canlı yayım açan bu şəxslər insanlara gələcək barədə məlumat verdiklərini iddia edirlər.

Məsələ ilə bağlı Xeber-ps.com-ın Daxili İşlər Nazirliyinə (DİN) ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişdirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır:

“Vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq hal barəsində inzibati və yaxud cinayət icraatı açılır. Sosial şəbəkə istifadəçilərinə bu kimi hallarda diqqətli davranmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamağı tövsiyə edirik”.

Könül Cəfərli

0.076833963394165