Ramanada peyda olan “göl”ə sahib çıxan yoxdur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin daxili yollarını su basması ilə bağlı məsuliyyəti üzərinə götürən tapılmır. 

Məsələ ilə bağlı Xeber-ps.com-ın sorğusunu cavablandıran Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmisi Müslim Mahmudov şikayəti digər quruma yönləndirməyi məsləhət bilib:

“Bu məsələ ilə əlaqədar aidiyyəti üzrə “Azərsu” ASC-yə müraciət edin”.

“Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Cəbrayıllı isə Xeber-ps.com-ın sorğusuna cavab olaraq, təmsil etdiyi qurumun Ramanada infrastrukturunun olmadığını diqqətə çatdırıb:

“Orada bizim kanalizasiya infrastrukturumuz yoxdur. Xətlər olsaydı, işləməsəydi, cavabdehliyi biz daşıyardıq”.

Əzizə İsmayılova

0.093291997909546