İnarə Vəliyeva: “Azərbaycanda kibertəhlükəsizlik sahəsində kifayət qədər mütəxəssis yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Azərbaycanda kibertəhlükəsizlik sahəsində kifayət qədər mütəxəssis yoxdur”.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzun günü tədbirində deyib.

“Mərkəzdə biz ilkin səviyyədə olan mütəxəssislərin hazırlanmasından başlasaq da, daha yüksək səviyyədə olan mütəxəssislərə ehtiyacımız var. Bu sahədə digər ölkələrdən asılılığı azaltmaq lazımdır. Bu gün biz artıq yerli məhsullar üzərində işləyirik. Bununla belə, bizim Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində gözləntimiz ondan ibarətdir ki, orada çox güclü tədqiqat işləri getsin. Yəni bu mütəxəssislər ölkəyə daha böyük töhfə verə bilsinlər”, - deyə İ.Vəliyeva qeyd edib.

0.09368896484375