Rusiyalı deputat evində güllələndi

 

Rusiyanın Leninqrad vilayətində Vıborqski rayonundan bələdiyyə deputatı və biznesmen Aleksandr Petrov özünün bağ evində öldürülüb.

Bu barədə “47news” xəbər yayıb.

Bildirilir ki, naməlum şəxs oktyabrın 24-də, axşam saat 6 radələrində Petrovu güllələyib. 

Baş verənlərlə bağlı təfərrüat açıqlanmayıb.

Hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi başladılıb.

Qeyd edilir ki, yerli media onu dəfələrlə Vıborqskinin qeyri-rəsmi sahibi adlandırıb. Petrov özü belə adlandırılmamağı tələb edib. Bundan sonra media iş adamını  #nexozyayin (qeyri-sahib) adlandırmağa başlayıb.

 

0.31711506843567