Bakı-Şamaxı-İsmayıllı yolu buz bağlayıb, qəza olub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şaxtalı hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında problemlər yaşanmaqdadır. Belə ki, duman və yolun buz bağlaması səbəbindən avtomobillər yolda qalıblar.

Xeber-ps.com-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə qeyd olunur ki, Bakı-Şamaxı-İsmayıllı yolu buz bağlayıb. Qobustan ərazisində, Muğanlı-İsmayıllı yolunda, Mərəzədə avtomobillər yolda qalıblar. 

İsmayıllı-Muğanlı yolunda bir neçə avtomobilin iştirakı ilə qəza baş verib. 

Həmin görüntüləri təqdim edirik:

Əzizə İsmayılova

0.080986976623535