Azərbaycana dayə kimi iş təklifi alaraq gələn afrikalı xanım sonra problemlə üzləşmişdi.
Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin direktoru Mehriban Zeynalova məlumat paylaşıb.
O qeyd edib ki, afrikalı qadını ölkəyə dəvət edən şəxs artıq dayəyə ehtiyaclarının olmadığını bildirib:
“Xanım bir müddətdir ki, sığınacağımıza yerləşdirilmişdi. Artıq xarici vətəndaş 1500 dollar müqabilində dayə işi tapıb. Onu işə götürən də elə xarici ölkə vətəndaşıdır. Xanımın dayə işlədiyi ev sahibləri tezliklə Londona köçəcəklər və dayə də onlarla birlikdə gedəcək.
Onu da qeyd edək ki, xarici vətəndaş sığınacağa daxil olduğu gündən bütün dövlət qurumları məlumatlandırıb və xanım dövlət nəzarətindədir”.