Heydər Əliyev Sarayında yeni TƏYİNAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Sarayında yeni təyinat olub.

Xeber-ps.com-ın məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Anar Nizami oğlu Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini təyin edilib.

Qeyd edək ki, A.Fərəczadənin 40 yaşı var. O bu təyinatadək Heydər Əliyev Sarayında baş administrator vəzifəsində çalışıb.

Xatırladaq ki, sarayın direktoru İlham Qasımov da bir neçə ay öncə - 2023-cü ilin noyabrında təyin olunub.

0.11883997917175