Karate üzrə Azərbaycan milli komandasının üzvü Fidan Teymurova Fransada keçirilən Premyer Liqa turnirində üçüncü yeri tutub.
Federasiyadan verilən məlumat görə, karateçi 50 kiloqram çəki dərəcəsində bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, bu gün başa çatan turnirdə Azərbaycan yeddi idmançı ilə təmsil olunub. Yığma yarışı bir medalla tamamlayıb.