Türkiyə Super Liqasının XXIII turunda “Beşiktaş” səfərdə “Sivasspor”un qonağı olub.
Xeber-ps.com xəbər verir ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə nəticələnib 1:0.
Görüşdə yeganə qolu 6-cı dəqiqədə R.Manaj vurub. Sərt məcrada keçən qarşılaşmada baş hakim ümumilikdə 12 dəfə əlini cibinə atıb. Bu vərəqələrdən 11-i sarı, biri isə qırmızı olub. “Sivasspor”un baş məşqçisi B.Uygun qırmızı vərəqə görüb.
Qələbə sayəsində “Sivasspor” 29 xalla 11-ci pilləyə yüksəlib. 36 xalı olan “Beşiktaş” isə dördüncü pillədə qərarlaşıb.