“Bavariya” “Qalatasaray”ın futbolçusunu transfer edib - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bavariya” “Qalatasaray”dan Saşa Boeni transfer edib.

23 yaşlı fransalı müdafiəçi 30 iyun 2028-ci ilə qədər müqavilə əsasında Münhen klubunda çıxış edəcək.

Komandadan yayılan məlumata görə, futbolçu sazişə imza atmazdan öncə tibbi müayinədən uğurla keçib.

“Bu mənim üçün gerçəkləşən bir xəyaldır. “Bavariya” kimi böyük klubda oynamaq mənim üçün şərəfdir. Mən yeni komandamla oynamağı səbirsizliklə gözləyirəm. Bir oyunçu kimi mən hücum etməyi sevən müdafiəçiyəm, müdafiədə olduğu kimi öndə xəttə də iştirak etməyi xoşlayıram”, - deyə Boe bildirib.

0.051997900009155