Futbol üzrə Almaniya çempionatının “Volfsburq” – “Köln” matçında yan xətt hakimi ciddi zədə alıb və vəzifəsini icra edə bilməyərək stadionu tərk edib.
Hadisə oyunun birinci hissəsinin 15-ci dəqiqəsində qeydə alınıb.
Futbolçular top uğrunda mübarizə apararkən top yan xətt hakiminin üzünə deyib.
Yerə yıxılan referi Torben Zieverin zədəsi ciddi olduğundan o oyundan kənarlaşdırılıb.
Mənbə: “Sport” “Telegram” kanalı