Azərbaycan fiqurlu konkisürəni Səbinə Əliyeva Türkiyədə təşkil olunan beynəlxalq turnirə uğurla başlayıb.
İdman.biz xəbər verir ki, təmsilçimiz “Ephesus Cup”da gənc qızların mübarizəsində qısa proqramda 4-cü yeri tutub.
O, çıxışını 45,71 xalla tamamlayıb. 28 idmançının sifariş olunduğu, onlardan 26-nın buz üzərinə çıxdığı yarışda Elina Qoydina (Estoniya) 55,44, Culiya Kastorini (Belçika) 48,45 və Yekaterina Balyuba (Qazaxıstan) 47,88 daha çox xal toplayaraq Səbinəni qabaqlayıb.
Konkisürənimiz bu gün sərbəst proqramda ustalığını nümayiş etdirəcək. Mükafatların bir addımlığında olan Əliyeva liderlərdən birini keçməyə çalışacaq.
Qeyd edək ki, gənc qızların yarışına qatılmalı olan iki idmançı bundan imtina edib.