Azərbaycan Premyer Liqasında XX tura bu gün start veriləcək.
Xeber-ps.com-ın məlumatına görə, günün yeganə oyunu Tovuzda baş tutacaq.
“Turan Tovuz” doğma azarkeşləri önündə “Səbail”i qəbul edəcək. Hər iki komanda 2024-cü ildə ilk qələbəsini qazanmaq niyyətindədir. Qərb təmsilçisi yuxarı pillələrə yaxınlaşmaq, paytaxt klubu isə liderlər qrupuna daxil olmaq üçün qələbə qazanmalıdır.
Qeyd edək ki, turun digər oyunları yanvarın 27-28-də keçiriləcək.
Premyer Liqa
XX tur
26 yanvar
15:00. “Turan Tovuz” - “Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu