Türkiyə Super Liqasının 22-ci turunda lider “Fənərbağça” “Başakşehir”in qonağı olub.
İstanbul derbisinin taleyini cəmi bir qol həll edib.
Oyun ərzində ev sahibi komandanın iki oyunçusu qırmızı vərəqə alaraq (45+2 və 90+3-cü dəqiqələrdə) meydandan qovulub.
“Başakşehir”in 9 nəfər qalması azmış kimi qapısına penalti də təyin edilib. Batşuayi 90+4-cü dəqiqədə 11 metrlik zərbəni dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb - 0:1.
Bu nəticədən sonra “Fənərbağça” 57 xalla liderliyini davam etdirir. “Başakşehir” isə 27 xalla 11-cı sıradadır.