İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ilk cavab matçı keçirilib.
Öz meydanında “Midlsbro”nu qəbul edən “Çelsi” qonaqların qapısından altı top keçirib. Qarşı tərəf bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıb - 6:1.
İlk qarşılaşmada rəqibinə minimal hesabla (1:0) uduzan “zadəganlar” iki oyunun nəticəsinə əsasən (6:2) finala yüksəliblər.
Qeyd edək ki, digər yarımfinal cütünün ilk matçında “Liverpul” “Fulhem”i 2:1 hesabı ilə məğlub edib. Komandaların cavab görüşü yanvarın 25-i baş tutacaq.