Yaponiya İmperatorunun qızı Qırmızı Xaç Cəmiyyətində işə düzəldi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya İmperatoru Naruhitonun qızı Şahzadə Ayko Qırmızı Xaç Cəmiyyətində işə düzəlib.

İmperator Sarayı Administrasiyası aydınlaşdırıb ki, imzalanmış müqaviləyə əsasən, şahzadə öz vəzifəsinin icrasına aprelin 1-dən başlayacaq.

Qeyd olunur ki, bu, Ayko yapon ədəbiyyatı, eləcə də ingilis və ispan dillərini öyrəndiyi Qakusüin Universitetinin Filologiya fakültəsində təhsilini başa vurduqdan sonra baş verəcək.

Mənbə: TASS

0.065922021865845