Moldova MDB çərçivəsində daha doqquz sazişi ləğv edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldova hökuməti MDB çərçivəsində hərbi və səhiyyə sahəsində daha doqquz sazişin denonsasiyasına hazırlaşır və bunu Aİ-yə inteqrasiya kursu ilə əsaslandırıb. Müvafiq qərar layihələrini Nazirlər Kabinetinin mətbuat xidməti dərc edib. 

İndiyədək Moldova hökuməti Birlik daxilindəki 282 müqavilədən 100-dən çoxunu denonsasiya etmək planlarını açıqlayıb. Bu günə qədər 40-dan çox müqaviləyə xitam verilib. 

Qeyd edək ki, Moldovanın MDB-yə münasibəti 2020-ci ildən sonra dəyişməyə başlayıb. O vaxtdan bəri ölkə prezidenti Birliyin sammitlərində iştirak etmir. 

Mənbə: TASS 

0.086173057556152